Jump to content
Asif Ata
Sign in to follow this  
asifata

Koronavirusa yoluxmamaq üçün sağlam məsafə nə qədərdir?

Recommended Posts

COVİD-19 pandemiyası dövründə yoluxma riskinin azalması üçün həkimlərin verdiyi vacib məsləhətlərdən biri sosial məsafəni qorumaqdır. Lakin 1 metr məsafə xəstəliyə yoluxmacağına heç bir qarantiya vermir. Kioto Texnologiya İnstitutunun əldə etdiyi son məlumatlara əsasən, öskürmə zamanı potensial yoluxmuş hissəciklər daha böyük məsafələrə yayılır.

The New York Times alimlərin məlumatlarını 3D modeli göstərir ki, SARS-CoV-2 virusu asqırma və yaxud öskürmə zamanı hava-damcı yolu ilə 1 dəqiqə ərzində 55kv.m məsafəyə yayılır.

NYT simulyasıyası göstərir ki, kiçik damcılar aerozol formasında 20 deqiqə ərzində daha böyük məsafələrə yayılır. Massaçusets Texnoloji İnstitutunun alimlərinin apardığı araşdırmaya əsasən bu kiçik virusa yoluxmuş damcılar öskürmə zamanı 5 metr, asqırma zamanı 8 metr məsafəyə yayılır. Lakin buna baxmayaraq, məsafə artdıqca mirkoskopik damcılarda virusun konsentrasiyası azalır. Yoluxmuş insan təkcə asqırma, öskürmə zamanı yox, həm də danışarkən, nəfəs aldığı zaman da ətrafa virusu yaymış olur.

Buna görə də virusa yoluxma riskini azaltmaq təkcə sosial məsafəni qorumaq yox, həm də maskalardan istifadə etmək vacibdir.

Share this post


Link to post
Share on other sites

Please sign in to comment

You will be able to leave a comment after signing in



Sign In Now
Sign in to follow this  

×
×
  • Create New...