Jump to content
Asif Ata

All Activity

This stream auto-updates     

  1. Earlier
  2. Existentialism is a philosophy that emphasizes individual existence, freedom and choice. It is the view that humans define their own meaning in life, and try to make rational decisions despite existing in an irrational universe. [Philosophybasics.com]
  3. Tədqiqatçılar yaşaması üçün oksigenə ehtiyacı olmayan yeganə canlı parazit Henneguya salminicolanı kəşf ediblər. Maddələr mübadiləsi üçün oksigenə ehtiyac olmayan bu parazit salmon balıqlarında tapılıb. Bu kəşf bizim dünyada və kainatda həyatın mövcud olması baxışlarını tamamilə dəyişmiş olur. Dünyada demək olar ki, bütün canlılar, göbələklər də daxil olmaqla oksigensiz yaşaya bilməz. Burda məsələ təkcə oksigenlə tənəffüs yox, həm də qidalı maddələrin parçalanması üçün canlıların oksigendən istifadə etməsindən gedir. Alimlər qeyd edir ki, bu çox hüceyrəli orqanizm Myxozoa növündən olan meduzalarla sıx əlaqəlidir. Bu parazit ümumiyyətlə, tənəffüs etmir və mitoxondrial DNT-si yoxdur. Unikal orqanizm Henneguya salminicola vəhşi təbiətdə tapılmış yeganə canlıdır ki, onun DNT-də tənəfüssünə cavab verən genlər yoxdur. Tədqiqatdan alınan nəticələr görə, parazit təkamül nəticəsində “aerob hüceyrə tənəffüsü” xüsusiyyətini itirib. Bu orqanizm bizə nə qədər unikal görsənsə də salmon balıq növlərində parazitlik etdiyi üçün dünyada yayılma arealı böyükdür. Salmon balıqlarının əzələ liflərində ağ ləkələrin əmələ gəlməsinə səbəb olmasına baxmayaraq insan üçün təhlükəli deyil. Məlum olub ki, Henneguya salminicola parazitləri balıqlarda oksigenli mühitin stabil olmadığı əzələ lifləri arasında sağ qalması üçün təkmül keçirərək tənəffüs funksiyasını itirib. Parazit nəinki aerob tənəffüsə cavabdeh olan genlərinin bir hissəsini itirib, qidalı maddələrin oksigensiz parçalanmasına səbəb olan yeni genlər qazanıb. Tel-Əviv Universitetindən təkamülçü bioloq, tədqiqatın müəllifi Live Science saytına verdiyi müsahibəsində qeyd edir ki, bu kiçik parazitlər təkcə tənəffüs funksiyasını yox, həmçinin sinir hüceyrələrini, əzələlərini digər toxumalarını da itirib. Alimlər hələ də Henneguya salminicola canlısının indiyə kimi necə oksigensiz mühitdə necə sağ qalmasına cavab tapa bilmirlər. Çox güman ki, bu parazit öz sahibindən enerji istifadə etməklə yaşayır. Mitoxondrial DNT ilə bağlı bütün genlər mövcud deyil. Bunun əvəzinə təkamül nəticəsində şəkərin mitoxondridən formalaşmayan fermentsiz parçalanmasına səbəb olan genlər qazanıb. Alimin sözlərinə görə, parazitin gen sıralaması, DNT zənciri heç bir eukariot canlılarda rast gəlinməyən sırlanamadan ibarətdir. Tədqiqat haqqında daha ətraflı Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında oxuya bilərsiz.
  4. COVİD-19 pandemiyası dövründə yoluxma riskinin azalması üçün həkimlərin verdiyi vacib məsləhətlərdən biri sosial məsafəni qorumaqdır. Lakin 1 metr məsafə xəstəliyə yoluxmacağına heç bir qarantiya vermir. Kioto Texnologiya İnstitutunun əldə etdiyi son məlumatlara əsasən, öskürmə zamanı potensial yoluxmuş hissəciklər daha böyük məsafələrə yayılır. The New York Times alimlərin məlumatlarını 3D modeli göstərir ki, SARS-CoV-2 virusu asqırma və yaxud öskürmə zamanı hava-damcı yolu ilə 1 dəqiqə ərzində 55kv.m məsafəyə yayılır. NYT simulyasıyası göstərir ki, kiçik damcılar aerozol formasında 20 deqiqə ərzində daha böyük məsafələrə yayılır. Massaçusets Texnoloji İnstitutunun alimlərinin apardığı araşdırmaya əsasən bu kiçik virusa yoluxmuş damcılar öskürmə zamanı 5 metr, asqırma zamanı 8 metr məsafəyə yayılır. Lakin buna baxmayaraq, məsafə artdıqca mirkoskopik damcılarda virusun konsentrasiyası azalır. Yoluxmuş insan təkcə asqırma, öskürmə zamanı yox, həm də danışarkən, nəfəs aldığı zaman da ətrafa virusu yaymış olur. Buna görə də virusa yoluxma riskini azaltmaq təkcə sosial məsafəni qorumaq yox, həm də maskalardan istifadə etmək vacibdir.
  1. Load more activity
×
×
  • Create New...